Qonaq Kitabı
EY DIL, AMANDI, SIRRINI BIGANƏ BILMƏSIN!

 

Ey dil, amandı, sirrini biganə bilməsin!

Ahəstə zülfi-yardə yat, şanə bilməsin!

 

Düşdün xəyali-daneyi-xal iştiyaqinə,

Ey mürği-rəf, tizpər ol, danə bilməsin!

 

Ey yar, can fədayi-qüdumi-mübarəkin,

Ahəstə qıl xüram ki, həmxanə bilməsin!

 

Qeyrət həlak edər məni, açma cəmalini,

Göstərmə şəmə ruyini, pərvanə bilməsin!

 

Bir ləhzə bəzmi-yardə dilşadəm, ey könül,

Aram tut, bu mətləbi biganə bilməsin!

 

Ey ahi-sərd, urma nəfəs zülfi-yarə sən,

Bir dəm qərar tut, dili-divanə bilməsin!

 

Zahid edərsə eşqdə təkfir Sabiri,

Zahir gözilə Kəbəni bütxanə bilməsin!

 

 

İlk dəfə 1914-cü ildə “Hophopnamə”də çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info