Qonaq Kitabı
VIRANƏ ŞƏMAXIDƏ MƏNƏ GƏNC TAPILMAZ

 

Viranə Şəmaxidə mənə gənc tapılmaz,

Bir gənc bu viranədə birənc tapılmaz.

 

Pistani-sənəmtək iki limu ələ keçməz

Bir ğəbğəbi-dilbər kimi parinc tapılmaz.

 

Rüx tutmağa dərgahında bir şah bulunmaz,

Fərzini-xirəd seyrinə şətrənc tapılmaz.

 

Bu bağdə bir növgüli-bixar görünməz,

Bu bəzmdə bir dilbəri-biğünc tapılmaz.

 

Bu xaneyi-şəşdərdə iki kəb atılmaz,

Bu təxteyi-heyrətdə şeşü pənc tapılmaz.

 

Tərsadə pəriruy gözəl çoxdu və lakin

Səntək gözəl, ey dilbəri-Gürgənc, tapılmaz.

 

Şirin söz ilə saldı o ahuni kəməndə,

Sabir kimi bir rindi-süxənsənc tapılmaz.

 

 

 

İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info