Qonaq Kitabı
ISTƏRƏM ÖLMƏYI MƏN, LEYK QAÇIR MƏNDƏN ƏCƏL

 

1

ISTƏRƏM ÖLMƏYI MƏN, LEYK QAÇIR MƏNDƏN ƏCƏL

 

Istərəm ölməyi mən, leyk qaçır məndən əcəl,

Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm.

 

 

İlk dəfə “Məlumat” qəzetində (4 iyul 1911, â„– 3) H.İ.Qasımovun xatirəsi içərisində, 1912-ci ildə isə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur.

 

 

2

ARIZI-QƏMLƏR ƏLINDƏN ÜRƏYIM ŞIŞMIŞ IDI

 

Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edərdim edəcəkdir ona çarə ciyərim;

Bəxti-mənhusimə bax, mən bu təmənnadə ikən

Başladı şişməyə indi üzü qarə ciyərim.

 

 

İlk dəfə “Məlumat” qəzetində (29 iyul 1911, â„– 25) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

3

MƏNƏ BƏD KEÇDI ŞƏHRI-ŞIRVANDA

 

Mənə bəd keçdi şəhri-Şirvanda,

Mərəzim şiddət etdi hər yanda;

Bir tərəfdən təvərrümi-ciyərim,

Bir tərəfdən ürəkdəki kədərim.

 

 

 

İlk dəfə “Məlumat” qəzetində (10 avqust 1911, â„– 35) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info