Qonaq Kitabı
NOLA ƏRBABI-KƏMAL EYLƏYƏ TƏHSIN MƏNƏ KIM

 

Nola ərbabi-kəmal eyləyə təhsin mənə kim,

Fələki-nəzmdə bir əxtəri-rəxşanəm mən.

 

... Dövr edər başimə hər gündə hümayi-dövlət

Ki, əza gülşəninə bülbüli-nalənəm mən.

 

Müddəilər gözünə xari-müğiylanəm əgər,

Nəzəri-paki-əhibbadə gülüstanəm mən.

 

Gərçi pür əhqəri-nasəm bu həqarətlə, vəli

Zakiri-ali-əbayəm, şəhi-dövranəm mən.

 

Sabirəm, səbr şiarımdır, qənaət tacim,

Nəfsimə padşəhəm, sahibi-fərmanəm mən.

 

Tapmışam fəqrdə bir xatəmi-istiğna kim,

Deyərəm təxti-qənaətdə Sülemanəm[1] mən.

 

 

 

İlk dəfə “Hophopnamə”nin 1922-ci il nəşrində çap olunmuşdur.

 



[1] Peyğəmbər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info