Qonaq Kitabı
TƏRK EDƏR KIM KI, ŞÜKRI-NEMƏTI-NAS

 

Tərk edər kim ki, şükri-neməti-nas

Etməyir vaqeən xudayə sipas;

 

Şakirani-vəsaili-nemət

Olur əlbəttə naili-nemət.

 

Artıq etdikcə şükr ifasın,

Hasil eylər könül təmənnasın.

 

Şəkəri-şükrdə həlavət var,

Şükrdə izdiyadi-nemət var.

 

Neməti-nasə şükr edən əlhəq,

Həzrəti-həqqə şükr edib mütləq.

 

Ind həqdəndir, çünki külli-əsas,

Həqqə racedir şükri-neməti-nas.

 

Şükr sərmayeyi-ibadətdir,

Şükr pərvaneyi-itaətdir.

 

Ey xuda, fəzlinə rica edərəm,

Mən nasıl şükrini əda edərəm.

 

Ki, dəqiqə-dəqiqə, anbəan,

Sabirə nemətin olur şayan.

 

 

İlk dəfə “Hophopnamə”nin 1914-cü il nəşrində çap olunmuşdur. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info