Qonaq Kitabı
HƏVƏS

 

Həvəs sövq eylər insanı həyatə,

Ətalət cəlb edər şəxsi məmatə;

 

Həvəs isal edər zatı səfayə,

Ətalət mübtəla eylər bəlayə;

 

Həvəs pirayeyi-əqlü hünərdir,

Ətalət mayeyi-iczü kədərdir;

 

Həvəsdən nəşət eylər həp fəxarət,

Ətalətdən törər min-min xəcalət;

 

Həvəs səhrası əmniyyətfəzadır,

Ətalət təngnası bir xətadır;

 

Həvəs birlə tərəqiyyat dərkar,

Ətalətdən əməl mənkusü idbar.

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (16 fevral 1911, â„– 21) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info