Qonaq Kitabı
ANALAR BƏZƏYİ (2)

 

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,

Cəvahirat bu gün ziynəti-həyat deyil.

 

Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?

Cəmadə fəxr isə şayani-ümməhat deyil.

 

Həqiqi validənin ən şərəfli bir bəzəyi

Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.

 

O madərin ki, yox övladə hüsni-tərbiyəsi,

Səzayi-məkrəməti-nami-validat deyil.

 

Həyata layiq olan ziynət – elm gövhəridir

Ki, boylə bir dirilik qabili-məmat deyil.

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (25 yanvar 1911, â„– 4) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info