Qonaq Kitabı
ANALAR BƏZƏYİ

 

Gər olsa nisadə elmü irfan,

Övladə edər o yolda iman.

 

Əksi olaraq bu müddəanın,

Olmaz isə elmi bir anaın –

 

Övladə çatar haman cəhalət,

Nə əql olur onda, nə fərasət.

 

Bitərbiyəliklə tifli-məsum

Axırda olur səfilü məşum;

 

Saridir çünki işbu halət,

Həmcinsinə eyləyər sirayət.

 

Gözlənsə gərək hüquqi-nisvan,

Ta kamil ola vüsuqi-nisvan.

 

Elm ilə olur hüsuli-izzət,

Elm ilə olur nüfuzi-millət.

 

Elmə çağırır bütün əvamı

“Əl-elmü fərizətün” kəlamı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info