Qonaq Kitabı
TƏRBİYƏ

 

Ümmətin rəhnüması tərbiyədir,

Millətin pişvası tərbiyədir.

 

Tərbiyətlə keçir ümuri-cəhan,

Hər işin ibtidası tərbiyədir.

 

Valideynin, təbii, övlada

Nəzəri-etinası tərbiyədir;

 

 

Çünki övlad neməti-həqdir,

Şükri-həqqin ədası tərbiyədir.

 

Cahilin də zavallı övlada

Şiveyi-narəvası tərbiyədir;

 

Öyrədir tiflə sui-əxlaqı,

Qaliba, müddəası tərbiyədir.

 

Tərbiyət elmsiz deyil məqbul

Ki, onun müqtəzası tərbiyədir.

 

 

 

İlk dəfə “Günəş” qəzetində (29 dekabr 1910, â„– 104) “Ə.S.” imzası ilə çap olunmuşdur.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info