Qonaq Kitabı
RUHUM!..

 

Ruhum, ey şahbazi-ülviyyət,

Himmətimtək fəzadə pərvaz et!

Uç! Uç! Övci-səmadə pərvaz et!

Təngnayi-bədəndə var xiffət.

 

Aşiyani-bədəndə etmə qərar,

Yanma sən də mənim kimi narə!

Bulamazsan məlalimə çarə!

Sıxılırsan, lətifsən, zinhar!

 

Boşla bu cismi, cism mən deyiləm;

Sana müşkül olursa hicranım –

Mən sənin, sən mənim dilü canım,

Mən sənin kəndinəm, bədən deyiləm!

 

Hara getsən səninlə mən də varam,

Şu bədəndə fəqət əsiriz, zar,

Ölməyimlə sevinməsin əğyar, -

Aləm olduqca mən dəxi duraram!

 

Bir səfa bulmadıq bu aləmdə,

Başqa bir aləmə varıb gedəlim;

Bir ovuc xaki tərk edəlim,

Mədfəni-şumi-ali adəmdə!

 

Mən gedərsəm, var olsun amalım!

Yaşasın şəhriyari-hürriyyət!

Yaşasın şəhriyari-hürriyyət!

Mən gedərsəm, var olsun amalım!..

 

 

Ilk dəfə “Yeni füyuzat” jurnalında (28 dekabr 1910, â„– 11) “Ə. Sabir” imzası ilə çap olunmuşdur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info