Qonaq Kitabı
BƏNZƏTMƏ

 

Sövdayi-məvəddətdən

Xali görünür başlar;

 

Biganə bilir yeksər

Qardaşları qardaşlar.

 

Gözlər dəxi qan saçsın,

Bitsin saçılan yaşlar;

 

Ağlar bizə torpaqlar,

Dağlar, dərələr, daşlar...

 

Sinhar, edəlim xidmət

Insanlığa, yoldaşlar!

 

Qeyrət, a vətəndaşlar!

Himmət, a vətəndaşlar!

 

 

 

İlk dəfə “Günəş” qəzetində (19 dekabr 1910, â„– 95) “Ə.S.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info