Qonaq Kitabı
TƏBAƏT

 

- Sərmayeyi-irfanı nasıl kəsb edər insan?

- Təhsili-ülum ilə olur rütbeyi-irfn!

 

- Elm isə olur hankı məkandan bizə vasil?

- Məktəbdə kitab ilə olur səylə hasil!

 

- Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?

- Ol mətbəədən aləmə bəxş etdi fəvayid!

 

- Kəşf oldu kimin sayeyi-səyində bu sənət?

- Göstərdi Hutenberq[1] bu sənətdə məharət!

 

- Kafi olub icrası üçün sərvəti-bari?

- Məfluk olub icrayə varınca bu şiari!

 

- Yetdi necə bəs mövqei-ikmalə bu sənət?

- Etdi iki sərvətli zəvat ilə şərakət!

 

- Şirkətlə məgər boyləcə müşkül olur asan?

- Şirkətdədir icrayi-əməl, nəfi-firavan!

 

- Etsək nə olur biz də belə şirkətə iqdam?

- Sus, söylə bizə təfriqəyi, ta edək əncam!..

 

 

Ilk dəfə “Səda” qəzetində (3 iyun 1910, â„– 127) “Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



[1] Hutenberq İohann (1400-1468) – alman ixtiraçısı. 1440-cı ildə kitab çapının Avropa üsulunu yaratmışdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info