Qonaq Kitabı
ƏQVALİ-HİKƏMİYYƏDƏN MÜQTƏBİS BİR MƏNZUM

 

Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,

Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.

 

Hakimi-kamil olmaqçın deyildir çox bilik lazım,

Fəqət iqnai-nəfsə müqtədir olmaq kifayətdir.

 

Zəlalət əhli hər şeyi kəc anlar, kəc də hökm eylər,

O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.

 

Olur aləmdə şəxsin himməti miqdari-fikrincə,

Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?

 

Pədərlə madərin nəshindən əsla təlxkam olma,

Səni təkdirü təzir etsə də, bir dadlı şərbətdir.

 

Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,

Məmatında onu yeksan qılan xaki-nədamətdir.

 

Cənabi-həq o bəhri-bigirani-mərhəmətdir kim,

Ona mülhəq olan insan şərəfyabi-səadətdir.

 

 

 

İlk dəfə “Səda” qəzetində (7 fevral 1910, â„– 31) “Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur. “Molla Nəsrəddin”

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info