Qonaq Kitabı
EY MÜSIBƏTZƏDƏ DINDAŞLARIM, ETDIKCƏ NƏZƏR

 

Ey müsibətzədə dindaşlarım, etdikcə nəzər,

Görürəm mən sizi bir başqa müsibətdə bu gün!

 

Aman allah, bu nə halət, bu nə tufani-bəla,

Tapıram sizləri bir vərteyi-heyrətdə bu gün!

 

Əcəba, bir yeni afətmi yetib, ya nə üçün

Bulunursuz belə bir hali-fəlakətdə bu gün?!

 

Baxışırsız nə səbəbdən belə heyran-heyran,

Nigəransız niyə bu beyti-ibadətdə bu gün?!

 

Nəzəri-heyrətiniz məscidü gəh minbərdir,

Axtarırsız kimi mehrabi-imamətdə bu gün?!

 

Əsəfa, sineyi-mehrab da çak etmədimi

Görübən boylə yara sineyi-ümmətdə bu gün?

 

Siz deyilsiz fəqət ol alimi-paki arayan,

Açıb ağuşunu kürsiyyi-xitabət də bu gün!

 

Bax, nasıl məscidə bir hüzn qonur, guya kim

Tapmayır yarını bir boylə cəmaət də bu gün!

 

Çəkilib göylərə zikr etdiyi təhlili dəxi,

Döşənib torpağa səccadeyi-taət də bu gün!

 

Hardasan, ey pədəri-mənəviyi-əhli-vətən?

Vətən övladı yanır atəşi-firqətdə bu gün!

 

Əbədi hicrinə tabavəri-qəm bulmaz idik,

Etməsəydi xələfin cilvə niyabətdə bu gün!

 

Müstəfa hörməti-zişəninə ya rəbbi-məcid,

Ruhunu eylə duagu bizə cənnətdə bu gün!

 

Müttəhid olmada tövfiqini qıl ümmətə bəxş,

Hissi-milliyyət oyandır dili-millətdə bu gün!

 

Yaşat aləmdə məhəbbətlə, üxüvvtlə bizi,

Necə kim, ömr ediriz eyni-üxüvvətdə bu gün!

 

Onun övladına, ixvaninə ver əcri-cəzil,

Sabir et xiyşu təbarın bu müsibətdə bu gün!

 

 

İlk dəfə “İrşad” qəzetində (8 mart 1908, â„– 29) A.Səhhətin Hacı Məcid əfəndinin vəfatına dair yazdığı məqalənin içərisində çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info