Qonaq Kitabı
ÇÜNKI VÜCUDI-ALIM BIR NEMƏTI-XUDADIR

 

Çünki vücudi-alim bir neməti-xudadır,

Nemət ki, getdi əldən, qan ağlamaq rəvadır!

 

Əhli-həqin əvamə nisbət deyil vəfatı,

Bil, alimin həyatə təbdil olur məmatı,

Batində həm müsibət çulğar mükəvvənatı,

Ancaq görür o göz kim, mənzuri ibtiladır!

 

Tərk eylədikdə alim bu ariyətsərani,

Olduqda didələrdən qaib deyil də fani,

Mülki-bəqadə eylər bir seyri-cavidani,

Xasani-bəzmi-həqlə həmxaneyi-bəqadır!

 

Ancaq biz ağlarıq öz hali-fikarımızçın,

Zahir olan bəlayə əhli-diyarımızçın,

Ümmidgah itirmiş ətyami-zarımızçın,

Nemət ki, getdi əldən, fəryadımız səzadır!

 

Ey alimi-həqiqi, qaldıqca ad səndən,

Olmazmı zikri-xeyrin dillərdə yad səndən,

Çün yadigar qaldı bir ittihad səndən,

İsmin Məcid olurkən məcdin də bərməladır!

Sabir müsibətində dildadeyi-bəladır!

 

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (29 fevral 1908, â„– 49) Şamaxıdan yazılmış müxbir məktubunun içərisində çap olunmuşdur.

Şamaxılı quberniya qazısı Hacı Əbdülməcid Əfəndizadənin vəfatı münasibəti ilə yazılmışdır.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info