Qonaq Kitabı
NÖVHƏ

 

Ərseyi-aləmin yenə vəzi bəlali görsənir!

Yoxsa səbati-aləmin hiyni-zəvali görsənir!

 

Ayineyi-cəhanda bir surəti-qəm nümalənir,

Vəqeyi-Nuhdur məgər kim yenə ibtidalənir?

Yoxsa sinini-aləmin günləri intihalənir,

Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir!

 

Ey üfüq, olma müncəli ərseyi-faciat üçün,

Etmə əyan hilalını matəmi-kainat üçün,

Tiği-cəfayə kəsmə bu təşnələri Fərat[1] üçün,

Nəhri-Fəratə bax, necə mai-zülali görsənir!

 

Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman!

Yəsribü Məkkə sərvərin salma bəlayə ələman!

Gərçi İraqə cəlb edir miri-hicazi kufiyan,

Leyk bu yolda onların özgə xəyali görsənir!

 

Getmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri,

Çəkmə diyari-qürbətə bu vətən aşinaləri,

Düz deyil əhli-kufənin əhdləri, vəfaləri,

Əhd şikəndir aqibət, gərçi vəfali görsənir!

 

Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər,

Cani-cəhanı tutmadı atəşə, odlanan ciyər,

Başla fəğanə bari, ey bülbüli-təbi-növhəgər,

Sənlə bəlali Sabirin başı bəlali görsənir!

 

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (30 yanvar 1908, â„– 25) “Ələkbər Tahirzadə Şamaxı” imzası ilə çap olunmuşdur.

 



[1] İraqda çay.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info