Qonaq Kitabı
ƏNİN

 

Uçdun, ey ruhi-pürfütuhi-Həsən!

Uçuşun iztirari-təndənmi?

Qoca bülbül, niyə savuldun sən?

Ya səfa bulmadın çəməndənmi?

 

Ey həqiqi mücahidi-islam!

Nəşri-irfanda etdiyincə dəvam –

Səni alamə yaxdı yoxsa əvam?

Gedişin kəsrəti-mihəndənmi?

 

Yoxsa əkdikcə toxmi-sidqü səfa

Səni təkdir edirmiş əhli-cəfa?

Gözlədikcə bu yolda şərti-vəfa,

Görmədin yardım əhli-fəndənmi?

 

Ey Əkinçi[1], məzariatında

Bulmadınsa səmər həyatında,

Iştə həngameyi-məmatında

Bu tənəbbüt deyil Həsəndənmi?

 

Leyk millət fəqət sifatın üçün,

Mütəzəkkir nüuti-zatın üçün,

Əsəfa, bir bina simatın üçün

Yadigar olmasın da səndənmi?

 

Həsənim, şimdi qıl behiştə xüram,

Onda Seyyid Əzimə söylə səlam:

Key məhin şairi-bədikəlam

Bir xəbər tutmasan vətəndənmi?

 

Ürəfa məskəni olan Şirvan

Cühəla xabgahidir əlan;

Bizi iğfal edən bu nüktə həman

Kəndimizdən deyil, zəməndənmi?

 

 

 

Həsənbəy Zərdabinin vəfatı münasibəti ilə yazılmış bu şer ilk dəfə “İrşad” qəzetində (19 yanvar 1908, â„– 9) “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuşdur.




[1] Həsənbəy Zərdabinin nəşr etdiyi “Əkinçi” qəzetinə (1875-1877) işarə olunur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info