Qonaq Kitabı
ŞƏKİBAİ

 

Yar getdikcə təhəssür dili-şeydadə durar,

Ömr vardıqcz həvəs aşiqi-risvadə durar!

 

Seyli-tən oylə təməvvüclə alıb dövrü bərim –

Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!

 

Döysə də canımı minlərcə məlamət ləpəsi,

Zövrəqi-himmətim əvvəlki təmənnadə durar!

 

Bisütun sinəsinə dəysə də min tişə, yenə

Cövrə təmkin edərək durduğu məvadə durar!

 

Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə,

Can bəkəf aşiqi-sadiq belə sövdadə durar!

 

Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,

Mən gedərsəmsə məramim yenə dünyadə durar!

 

Durmuşam pişü pəsi-təndə, Sabir, necə kim,

O əliflər ki, pəsü pişi-ətənadə durar!

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (16 avqust 1907, â„– 98) “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuşdur.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info