Qonaq Kitabı
TƏRANEYİ-ŞAİRANƏ

 

Süluki şairin eynən səfa deyil də, nədir?

Vətənpərəstə bu məslək rəva deyil də nədir?

 

Nasıl da əsrə görə məzhər olmasın şair?!

Füadı lövheyi-giytinüma deyil də, nədir?

 

Xəyalı məsədətü etilayi-əhli-vətən,

Şüarı millətə mehrü vəfa deyil də, nədir?

 

Səriri-səltənəti-şairanə malikinin

Livayi-himməti izzətgüşa deyil də, nədir?

 

Vəleyk caizəculuqla vəsfgu şair

Şu məsləkində yavuncuu gəda deyil də, nədir?

 

Pula sitayiş edən şairin bu qəhbəliyi,

Nəhayət, əqbəh olan bir əda, deyil də, nədir?

 

Düri-xəzineyi-əhli-kəmal ikən əşar,

Xəzəf bəhasına satmaq cəfa deyil də, nədir?

 

Mədihəgulərin əşarı abrularıtək

Nisari-xaki-dəri-əğniyə deyil də, nədir?

 

Təməllüqatə yaqışmaz təbiəti-şair –

Bu şivə məsləki-əhli-riya deyil də, nədir?

 

 

Riyanı tərk edəlim zahidi-riyakarə,

Dürənglik bizə nisbət xəta deyil də, nədir?

 

Təbəsbüsatlə hasil olan beş-on günlük

Ömürdən isə bir ölmək səza deyil də, nədir?

 

Qulami-himmət olan şairi-qəzəlxanın

Zəbanı, nitqi həqaiqəda deyil də, nədir?

 

Deməm ki, şair olub həcvi-nasə aç dilini,

Əminə həcv, kəmali-əza deyil də, nədir?

 

Qərəzlə bir kəsə ithami-ləğvkaranə -

Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir?

 

Deməm ki, fasidi vəsf et, sakın fəsadından!

Yamanə yaxşı demək nasəza deyil də, nədir?

 

Vəleyk cadeyi-insafdən kənar olma

Ki, rahi-ədl sirati-hüda deyil də, nədir?

 

Rizayi-həqqi gözət, get rəhi-həqiqətlə,

Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir?

 

Əli, işgənceyi-əhli-diyarə ol Sabir,

Bəlayi-hübbi-vətən lilvəla deyil də, nədir?

 

 

İlk dəfə “Tazə həyat” qəzetində (6 iyun 1907, â„– 47) “Əli Sabir Tahirzadə Şirvani” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info