Qonaq Kitabı
Ta gördü günəş ay üzünü, dərbədər oldu

Ta gördü günəş ay üzünü, dərbədər oldu,

Bədr aya zaval irdivü dövri-qəmər oldu.

 

Şümşad qədin qıldı irəm bağını cövlan,

Sərv ana əsir oldu da məndən bеtər oldu.

 

Ol jalə ki, düşdü güli-rüхsarınız üstə,

Bir qətrə yağış damdımı, min lalə tər oldu.

 

Arif içilən cür’əyi, еy хosrovi-хuban,

Alim dilinə düşdüvü sahibnəzər oldu.

 

Çün gördü Nəsimi üzünü zülfə dolaşmış,

Bildi, şəbi-hicr ötdüvü vəqti-səhər oldu.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info