Qonaq Kitabı
Görklü üzün nurundan aləm münəvvər oldu

Görklü üzün nurundan aləm münəvvər oldu,

Şirin sözün qatında şəkkər mükərrər oldu.

 

Dodaqların sifatın hər kim gətirdi dilə,

Şol saət ol şirin söz ağzında şəkkər oldu.

 

Mişkin saçın qubarı yoldaş olalı yеlə,

Cənnət kimi cahanın torpağı ənbər oldu.

 

Zülfün qaranğusına yol istər idi könlüm,

Üzün çırağı ana lütf ilə rəhbər oldu.

 

Şol uyхulu gözündən qopdu məgər qiyamət,

K’afaq[i] fitnəsindən pürşurü pürşər oldu.

 

Yalançı müddəinin at qəlbini ocağa,

Aşiqdir ol kişi kim, kamilməhək zər oldu.

 

Torpaq olanı sanma kim, düşə qiymətindən,

Torpaq olan Nəsimi gör kim, nə cövhər oldu.



[i] Ki afaq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info