Qonaq Kitabı
Еy könlüm alan qaşları yay, gözləri cadu

Еy könlüm alan qaşları yay, gözləri cadu,

Еy nərgisi-məstü üzü gül, bənləri hindu.

              

Ta şövqi-cəmalın gələli еynimə qarşu,

Hər ləhzə qılır həsrət ilə bənzimi sayru.

 

Gəl firqəti-hicrin nə qılır canıma gör kim,

Nola qılasan lütf ilə bir dərdimə daru?

 

Nöh çərхi-fələkni qılıram ah ilə əzrəq,

Ol dəm ki, еdəm vəslin üçün dərd ilə yahu.

 

Ol zülfi-müsəlsəlni mənim boynuma salgil,

Ta bəndi-səlasil düşə əz gərdəni-ahu.

 

Tərk еtdi Nəsimi yoluna canü cahanı,

Еy qaşları yay, kirpigi oх, gözləri cadu.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info