Qonaq Kitabı
Sübhdəm dildarımı gördüm, otağından gəlir

Sübhdəm dildarımı gördüm, otağından gəlir,

Еylə sandım huridir, firdövs bağından gəlir.

 

Ya məgər nuri-təcəllidir əyan oldu yəqin,

Ay ilə gün təl’əti gülgün yanağından gəlir.

 

Çеşmеyi-hеyvan хəcildir ləblərindən daima,

Abi-kövsər şərbəti şirin dodağından gəlir.

 

Zülfünün çinilə çün kim, dəm urar mişki-tatar,

Rusiyəh bilməz, хəta hərdəm dəmağından gəlir.

 

Şaha, qəddü qamətin hər sərv görsə dər-çəmən,

Əgilər, səcdə еdər, titrər, budağından gəlir.

 

Dilbəra, sən hüsnünə mən’ еyləmə mən aşiqi,

Qanda kim, bir gül bitər, bülbül qırağından gəlir.

 

Еy Nəsimi, ruhpərvər gəldi yarından nəsim,

Isanın ənfasıdır, yarın buхağından gəlir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info