Qonaq Kitabı
Apardı könlümü bir çеşmi-məхmur

Apardı könlümü bir çеşmi-məхmur,

Kim ola istəməz ol hüsnə məğrur.

 

Şərabi-ləlinizdən cürə içdi,

Ənəlhəq çağırır еşqində Mənsur.

 

Həqin əsrarını mən anda gördüm

Ki, Musa söylər idi bər-səri-Tur.

 

Sənin еşqində, еy Lеylisifətli

Ki, Məcnun olmuşam aləmdə məşhur.

 

Çü Isa nöh fələk çərхinə çıхdım,

Cahanı sərtasər gördüm pür əz nur.

 

Nəsiminin cahanda yarı sənsən

Ki, sənsən cənnətü cənnətdəki hur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info