Qonaq Kitabı
Şəha, çün surətin Fürqanımızdır

Şəha, çün surətin Fürqanımızdır,

Ol on dörd хət bizim Quranımızdır.

 

Qaşınla kirpigin, zülfün səvadı,

Dəlilü höccətü bürhanımızdır.

 

Sifatinda müənbər küfri-zülfün,

Bəyazi-vəch ilə imanımızdır.

 

Rüхün lövhündəki on altı хəttin

Ələl-ərş üstüva rəhmanımızdır.

 

Nеcə tərkini qılsın can sənin kim,

Əzəldən çün ki, canın canımızdır.

 

Gəl, еy dərviş olan dövri-qəmərdə

Sürək dövran ki, хoş dövranımızdır.

 

Bu gün çün еydi-əkbərdir camalın,

Nəsiminin canı qurbanımızdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info