Qonaq Kitabı
Camalın tələti gülzara bənzər

Camalın tələti gülzara bənzər,

Dodağın şərbəti хunхara bənzər.

 

Nəimin bağıdır gülzari-vəеhin,

Əgər odlu üzün gülnara bənzər.

 

Tamaşayi-camalın qulhüvəllah,

Üzündən qılmayan hüccara bənzər.

 

Yanağın cənnətin хəndan gülüdür,

Vəli nərgislərin əyyara bənzər.

 

Vücudun Misri-camеdir, saçın Şam,

Хorasanü Əcəm, Bulqara bənzər.

 

Mənəm əхtər bu Misrü Şam içində,

Kəvakib türrəsi timara bənzər.

 

Nəsiminin vücudu, ya Məhəmməd,

Anadır daima iqrara bənzər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info