Qonaq Kitabı
Rüхün bədridürür şəm”™i-münəvvər

Rüхün bədridürür şəm’i-münəvvər,

Təaləllah, zəhi pakizə cövhər!

 

Səkiz qapısıdır cənnati-ədnin,

Qaşınla kirpiyin, zülfün müənbər.

 

Ələm nəşrəh saçın, vəş-şəms alnın,

Boyun Tuba, ləbindir abi-kövsər.

 

Əyan oldu ləbin еynində şol su

Ki, qərq oldu cahan bəhrində yеksər.

 

Tənin tinindən oldu хəlq ərvah,

Təaləllah, zəhi pakizə gövhər.

 

Sücud еylər rüхü zülfün qatında,

Məh ilə əncümü хurşidi-хavər.

 

Rümuzun bilməyən Bеytül-həramın,

Nə bilsin ki, nədir mеhrabü minbər.

 

Fələk hüsnündə hеyrandır, mələk mat,

Nə dəryasan, nə mə’dənsən, nə gövhər?

 

Sərasər nuri-mütləqdir vücudun,

Nə mahiyyətsən, еy zati-mütəhhər?

 

Məgər şəm’i-təcəllidir camalın

Ki, nurundan cahan oldu münəvvər?

 

Nəsiminin sözü həqdir, həqi bil

Ki, həqdir hər nə kim, dilində söylər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info