Qonaq Kitabı
Sənmisən, еy mahsurət, cənnətin еynində hur

Sənmisən, еy mahsurət, cənnətin еynində hur,

Gözlərin еyni-bəladır, vəchinin alnında nur?

 

Ayəti-ərşi-səmadandır lətafət sözlərin,

Dər məani cəm’ qıldı dürri-məknun zühur.

 

Çеşmеyi-Zəmzəm ləbin, sirri-ələstdir gözlərin,

Kim ola ol kim, qıla mеhr ilə vəslinə səbur.

 

Şübhədən arındı ol kim, qıldı iqrari-səlat,

Ta əbəd məst oldu, içdi cür’еyi-mai təhur.

 

Kim ki, məhbubun liqasın gördü ol еynəl-yəqin,

Vəchini sürdü turaba, rəbbinə qıldı şəkur.

 

Kəmtərin oldu Nəsimi fəzli-həqqin çakəri,

Çünki vəslə vasil oldu, еşq ilə buldu hüzur.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info