Qonaq Kitabı
ABDULLA CÖVDƏTİN ƏŞARINI TƏXMİS

 

Əcəb, kəşfi niqab etməzmi yarım ruyi-ziybadən,

Ziyaləndirməz afaqı füruği-aləmaradən?

Nə vəqt ol sübhi-safım ayrılır bəs leyli-yəldadən?

“Yolunda bin həqiqət verdiyim bir şanlı röyadən

Qalan pişaniyi-ömrümdə bir nabüd kövkəbdir”.

 

Hüma pərvaz olub uçmaqla ikən övci-ə`ladən,

Alıb səyyad oxun nagəh yıxıldım xakə baladən

Sevinsin, söylə, səyyadım ki, mən göz yumdum əşyadən...

“Tənəffürlər, tərəhhümlər, təxəttürlərlə dünyadən

Güzarim zəxmdari-vəsl bir hicri-mükövkəbdir”.

 

 

 

Ilk dəfə “Füyuzat” jurnalında (12 yanvar 1907, â„– 7) “Ə. Sabir Tahirzadə” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info