Qonaq Kitabı
ŞİMDİ FÜRSƏT VAR İKƏN BİR İŞ GÖR İSTİQBAL ÜÇÜN!

 

Qılma, ey münim, təcahüd kəsrəti-əmval üçün,

Etmə sərf övqatını cəmiyyəti-əsqal üçün,

Düşmə istecala nəfsin göstərən amal üçün,

Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün!

Getdi əldən millətin, fikrin nədir əmsal üxün?

Şimdi fürsət var ikən bir iş gör istiqbal üçün!

 

Nagəhan bər`əks olur halınca təqdiri-qəza,

Huşyar ol, övdət etməz sərgüzəşti-ma-məza!

 

Binəvalar gərdənində fəqrdən zəncirə bax,

Mübtəlalər ahi-cansuzində min təsirə bax,

Yatma rahət, millətində naleyi-şəbgirə bax,

Dünki dərvişi bu gün münim edən təqdirə bax,

Dünki münim bir gəda olmuş, göz aç, tofirə bax,

Qıl cahanə bir nəzər, məxrub olan təmirə bax,

 

Pərniyan naimləri olmuş həmağuşi-türab,

Ya bəni-adəm lədu lilmövto vəbnu lilxərab[1].

 

Bilməzəm təksiri-miknətdən nələrdir niyyətin?

Sirri təmini-təəyyüş isə çoxdur miknətin,

Gər yığıb, həsrət qoyub getməksə, boşdur zəhmətin,

Bari, ey qafil, bu gün əldə var ikən fürsətin,

Bir binayi-xeyrə bani ol, ucalsın himmətin!

Ta bu himmət sayəsində xeyrə çatsın millətin!

 

Var ikən bu milləti-islamdə min ehtiyac,

Heyf kim, himmət edən yoxdur ki, qılsın bir ilac...

 

Eyqizu, ya məşərəl-islam, qəflət ta bəkey?

Eyşü işrət bəstərində istirahət ta bəkey?

Növmi-şətva içrə müstəğrəq xudarət ta bəkey?

Aləmi-islamdə bunca ətalət ta bəkey?

Bu tədənni, bu tənəzzül, bu kəsalət ta bəkey?

Getdi izzət, batdı millət, fəqrü zillət ta bəkey?

 

Yetdilər sərmənzilə əğyar, ya qövm ərrəhil!

Eyqizu vəstəcilu, ya əhlə-islam, əddəxil[2]!

 

Feyzi-təhsilə məgər qabil deyil övladımız?!

Ya məgər yox iktisabi-elmə istedadımız?!

Yalibi-təhsil ikən külliyyətən əfradımız –

Hankı məktəbdən nə dərs alsın bu gün əhfadımız?

Yoxmu bir zihimmət olsun baisi-irşadımız?

Əlmədaris, əğniya, sizdəndi istimdadımız!

 

Sizdən əlhəq qəlbi-millət, ruhi-ümmət şad olur!

Binəva Sabirlərin ancaq işi fəryad olur...

 

 

Ilk dəfə “Rəhbər” jurnalında (24 sentyabr 1906, â„– 1) imzasız çap olunmuşdur.

 



[1] Hər bina viran olur, hər kəs olur, axır ölür.

[2] Yatmayın, bir səy edin, ey əhli-islam, əl`əman!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info