Qonaq Kitabı
ÜÇ YÜZ DOQQUZ IDI BƏD HƏZAR

 

Üç yüz doqquz idi bəd həzar

Səneyi-hicrəti-rəsuli-kübar;

Mahi-ziqədənin çəharində,

O günün nimeyi-nəharində;

Bir gün idi ki, xosrovi-xavər

Bürci-Dəlv içrə tutmuş idi məqərr.

Gərçi qış fəsli idi, leyk həva

Rövşənü saf idi fərəh əfza;

Nuri-xurşiddən cəhan pürnur,

Aləm olmuşdu rəşki-vadiyi-Tur[1].

Qış cəfasın görən könüllər şad,

Rənci-sərmadən oldular azad.

Xəlq eymən qəmi-bürudətdən,

Qəlblərdə fərəh bu halətdən.

Hadisati-zəmanədən nagah,

Əsdi bir şiddət ilə badi-siyah.

Düşdü bir özgə halə bu aləm,

Napədid oldu nəyyiri-əzəm;

Bəhri-simabtək zəminü zəman

Cünbüşə gldi, qopdu bir tufan;

Etdi bir növ zəlzələ dili xak,

Az qalırdı ki, sipənələr ola çak;

Dəkktül-ərz zahir oldu haman,

Tarmar oldu xitteyi-Şirvan;

Belə fəryad çəkdi kureyi-xak,

Sanki torpağa düşdü nöh əflak.

Hamı bu halə valehü məftun,

Nagəhan hadis oldu bir yanğın;

Tutdu dünyanı od şərarələri,

Yaxdı dükkanları, imarələri.

Nəreyi-tündbad, hiddəti-nar,

Lərzişi-ərz, sədmeyi-əhcar.

Macəra qəmli macəra üstən,

Nazil oldu bəla bəla üstən.

Allah, allah, nədir bu tufanlar?!

Az qalır rəhmdən çıxa canlar.

Oldu guya dəmidə nəfxeyi-sur[2],

Macərayi-qiyamət etdi zühur.

Əhli-Şirvan hayimü heyran,

Əhli-məhşərtək oldu sərgərdan;

Qəlblər doldu röbü vəhşətdən,

Qayəti-şiddəti-məhabətdən;

Olmadı kimsə kimsədən müxbir,

Aşikar oldu sirri-yövmi-yəffir;

Hər kəs öz nəfsini çəkirdi kənar,

Ata övladdən edirdi kənar.

Qalmadı bərqərar bir xanə,

Cümlə məmur oldu viranə;

Ani-vahiddə xitteyi-Şirvan

Oldu, səd heyf, xak ilə yeksan.

Iki mindən ziyadə əhli-diyar

Topraq altında can verib naçar.

Yer çü aram tapdı zəlzələdən,

Iləlan... o mərhələdən, -

Atalar yadinə düşüb övlad,

Mehri-fərzənd ilə çəkib fəryad;

Atalar fikrinə qalıb fərzənd,

Oldu övci-səmaye nalə bülənd.

Xırda ətfal iztirab ilə

Atasın axtarır şitab ilə;

Qarışıb bir-birə səğirü kəbir,

Hamı dillərdə kəlmeyi-təkbir;

Piri-Kənan kimi hamı giryan,

Hərə bir Yusif axtarır heyran[3];

Tapmayıb qəlbi-zarini səmərin,

Kimdən alsın cəvaninin xəbərin.

Müxtəsər in ki, oldu axiri-ruz,

Zülməti-şəb edib zühuru büruz;

O gecə bir qəribə aləm idi:

Şəbi-yəs idi, leyleyi-qəm idi;

Küçələrdə hamı; nə narü nə nur,

Qarışıb bir-birə ünasü zükur.

Hər tərəfdə quruldu bir matəm,

Hər çəməndə əkildi nəxleyi-qəm.

Rənci-sərmavü qüsseyi-əmlak,

Hər dəqiqə təzəlzül eylr xak.

Tifllər şiddəti bürudətdən

Ağlaşır zar-zar vəhşətdən;

Hər tərəf “vay oğul” sədasindən,

Qəmli övrətlərin nəvasindən –

Eşidənlər yanıb kəbab oldu,

Dili-səngi siyah ab oldu.

Əlqərəz, sübhətək hamı giryan,

Ta ki, ruzi-cədid oldu əyan,

Tazələndi dübarə dərdü ələm,

Doldu dünyayə şiveyi-matəm;

Kuhkəntək hamı şəkib fəryad,

Sanki Şirinin axtarır Fərhad[4]

Aldılar cümlə əllərə tişə,

Yox könüllərdə özgə əndişə:

Atadır, axtarır oğul bədənin,

Anadır, seyr edir bəla çəmənin;

Bacılar nəşin axtarır qardaş,

Eləyir səngü xak içində təlaş;

Axtarır hər kəs öz ölənlərini,

Çıxarır ruhsiz bədənlərini;

Parə-parə o sərvi-zibalər,

Əzilib qaməti-dilaralər;

Gül kimi cismlər hamı biruh,

Əzilib baş, bədən olub məcruh.

Mürdələr cismi rəhgüzarlərə

Tökülüb güşəvü kənarlərə;

Kimi təğsil edir oğul bədənin.

Kimi hazır edir ana kəfənin.

Nimcan cismlər nə halətdən,

Kəsrəti-şiddəti-cərahətdən,

Sədmeyi-səngdən batıbdı səsi,

Qüdrəti yox və leyk var nəfəsi.

Bir neçə nəşlər olub məfqud,

Heyf kim, hasil olmayıb məqsud.

Bipədər qızların nəvasindən,

“Şa Hüseyn, va Hüseyn” sədasindən, -

Qan olurdu könül o halətdən,

Sanki bir an idi qiyamətdən.

Düşdü afaqə naləvü əfqan,

Rəhm qıl, ey xudayi-kövnü məkan!

Nə təamü nə fərşü nə camə,

Xəlqə düşvar olub bu həngamə.

Qəhti-nan oldu bədtərin bəla,

Allah, allah, nədir bu dərdə dəva?!



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info