Qonaq Kitabı
SƏN PİRİ-ÇƏHANDİDƏSƏN, EY SEYYİDİ-SƏRKAR

 

Sən piri-çəhandidəsən, ey Seyyidi-sərkar,

Məndən çək əlin, eyləgilən pir ilə rəftar!

Olmaz sənə qismət dəxi bu dövləti-didar,

Bundan sora hicrimdə ciyərqan olacaqsan!

 

Aşiq mənə bir mən kimi ziyba gərək olsun,

Mail gülə bir bülbüli-şeyda gərək olsun,

Səndə bu işə səbrü şəkiba gərək olsun,

Amma, bilirəm, səbr evi viran olacaqsan!

 

 

Bu şer ilk dəfə 1912-ci ildə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info