Qonaq Kitabı
TUTDUM ORUCU IRƏMAZANDA

 

1

TUTDUM ORUCU IRƏMAZANDA

 

Tutdum orucu irəmazanda,

Qaldı iki gözlərim qazanda,

Mollam da döyür yazı yazanda...

 

 

Bu şer Sabirin ilk, məlum satirik parçalarındandır. Ilk dəfə 1912-ci ildə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərin müqəddiməsinə daxil edilmişdir.

 

BABAM SÜNNI, NƏNƏM ŞIƏ, DÜRƏK MƏN

 

Babam sünni, nənəm şiə, dürək mən,

Nə farsam mən, nə hindəm mən, türək mən!

Muğanda – müğbeçə, məsciddə - əkbər,

Təfavüt yox... həqiqətdə zirək mən!..

 

 

Bu parça S.M.Qənizadənin xatirələri (“Ədəbiyyat qəzeti”, 16 iyul 1936, â„– 18) əsasında çap olunur.

 

3

HƏMƏDANDA QONAĞIMDAN XƏBƏR ALDIM, KEY ŞEYX

 

Həmədanda qonağımdan xəbər aldım, key şeyx,

Hansı məxluq sizin şəhrdə bişək çoxdur?

Dedi: “Az isə də bu şəhrdə sayir məxluq,

Leyk dəbbağ ilə səbbağ ilə eşşək çoxdur”.

 

 

Keçən əsrin axırlarında deyilmiş bu satirik parça ilk dəfə 1912-ci ildə A.Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur.

 

4

TANRI HƏR YERDƏ PULU BIR ÜRƏYI SƏXTƏ VERƏR

 

Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər,

Mərifət müftədi çün, kasibi-bədbəxtə verər.

 

Hacı Rüstəm əmiyə yeddi oğul, cümlə qəni,

Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər.

 

Yekə saqqal kişiyə il uzunu plov,

Leyk abdal Kosaya həftədə bir küftə verər...

 

 

 

Yazılma tarixi dəqiq məlum olmayan bu parça S.M.Qənizadənin Sabir haqqındakı xatirələri əsasında kitaba daxil edilir.

 

5

MOLLA, SƏMAVARINDAN DƏRDA, HƏZAR DƏRDA

 

Molla, səmavarından dərda, həzar dərda!

Bir istəkanı indi, bir istəkanı fərda!..

 

 

Bu beyt “Molla Nəsrəddin” jurnalı əməkdaşlarının xatirələri (“Revolyusiya və kultura” jurnalı, 1937, â„– 1) əsasında kitabə daxil edilir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info