Qonaq Kitabı
TAZİYANƏLƏR

 

1

GÖRÜNCƏ ŞƏXS BIR ƏRBABI-SƏRVƏTIN ÜZÜNÜ

 

Görüncə şəxs bir ərbabi-sərvətin üzünü –

Görür mücəssəm olan bir ləamətin üzünü!

 

Gözüm ağarsın əgər yüzdə, mində, milyonda –

Görürsə ölkədə bir əhli-hümmətin üzünü!

 

Qəmim ki, var mənim ancaq budur: qiyamətdə

Ki, bir də görməliyəm işbu millətin üzünü!

 

İlk dəfə “Həqiqət” qəzetində (13 iyun 1910, â„– 133) “S.” imzası ilə çap olunmuşdur.

 

2

DINDIR ƏSR BIZI, - DINMƏYIRIZ

 

Dindir əsr bizi, - dinməyiriz,

Açılan toplara diksinməyiriz;

Əcnəbi seyrə balonlarla çıxır,

Biz hələ aftomobil minməyiriz;

Quş kimi göydə uçar yerdəkilər,

Bizi gömmüş yerə minbərdəkilər!

 

İlk dəfə “Həqiqət” qəzetində (14 iyun 1910, â„– 134) imzasız çap olunmuşdur.

 

 

3

ƏKSİMƏ

 

Zahidin əksimə düşcək nəzəri-xudbini –

Görür ayineyi-safımda o bir bidini;

Zənn edər əqli-qəsirilə o mənhus mənəm,

O mənə lənət edər, mən deyərəm amini;

Gec-tez, əlbəttə, kəsər bir bu qədər lənət onu,

Yerdə qalmaz mənim aminim, onun təlini.

 

İlk dəfə “Həqiqət” qəzetində (17 iyun 1910, â„– 137) imzasız çap olunmuşdur.

 

 

 

4

DÜN CƏHƏNNƏM VƏSFİNİ ZAHİDDƏN EYLƏRDİM SUAL

 

Dün cəhənnəm vəsfini zahiddən eylərdim sual

Cənnəti ağzın açıb etdi mənə vəsfi-sifat;

Ol cəhənnəm ki, zəlalət əhlini təzib edər,

Göstərir hala onu qüdrətlə ərbabi-“Nicat”[i].

 

İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, â„– 21) “Patıltı” imzası ilə çap olunmuşdur.

 

 

5

KÜRD ÇALDIQCA BORU ÇINGƏNƏ OYNAR, DERLƏR

 

Kürd çaldıqca boru çingənə[ii] oynar, derlər, -

Bir məsəldir ki, demiş Türkiyə izanlıları.

Bir tuhaf çalğı ilə oynadıyor avropalı

Şimdi yunanlı ilə bir sürü osmanlıları.

 

İlk dəfə “Həqiqət” qəzetində (20 iyun 1910, â„– 139) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

6

YILDIRIMLAR YAĞSA GÖYDƏN, TITRƏMƏZ RUHUM MƏNIM

 

Yıldırımlar yağsa göydən, titrəməz ruhum mənim,

Dağlar atəş püskürərsə kargir olmaz bana;

Hücreyi-təhtəl-türabımda məni həp düşmənin

Öldürü ənfasi-təkfirindəki murdar hava.

 

İlk dəfə “Həqiqət” qəzetində (21 iyun 1910, â„– 140) “İlan” imzası ilə çap olunmuşdur.

 

7

BIZI ALDATMA, XACƏ, HƏR SÖZÜNƏ

 

Bizi aldatma, xacə, hər sözünə,

Bizə yox, get nəsihət et özünə!

Görüyorkən gözün düzü əyri, -

Bizdən əl çək də, çarə qıl gözünə!

 

İlk dəfə “Həqiqət” qəzetində (22 iyun 1910, â„– 141) “S.” imzası ilə çap olunmuşdur.

 

 

8

ŞANLI GÖRDÜKCƏ MƏNI SANKI EDIR QÖVR FƏLƏK

 

Şanlı gördükcə məni sanki edir qövr fələk,

Min kələk çidə edir başıma filfövr fələk.

 

Namurad olmağım oldisə muradi oldum,

Şimdi bilməm nə murad ilə edir dövr fələk?

 

Asiman oldumu surax iki gün güldü üzüm

Ki, mükafat olaraq bunca edir cövr fələk?!

 

Artıq oynatma məni sən dəxi, ey eşqi-cünun,

Mən özüm oynayıram çalsa da hər tövr fələk!

 

Şimdilik rəqsdəyiz, ta görəlim kim yıxılır:

Mənü dil, eşqü həvəs, hutü həməl, sövri-fələk?

 

İlk dəfə “Həqiqət” qəzetində (24 iyun 1910, â„– 143) “Ə.Sabir” imzası ilə çap olunmuşdur.

 

 

9

ARIF ÇALIŞIR KI, MILLƏT AZAD OLSUN

 

Arif çalışır ki, millət azad olsun,

Zahid çığırır ki, məscid abad olsun.

Söz boynu qraxmallılarındır ki, deyir:

- Bir madmazel olsun ki, pərizad olsun!

 

İlk dəfə “Həqiqət” qəzetində (25 iyun 1910, â„– 144) “S.” imzası ilə çap olunmuşdur.

 

 

10

DÜN YATIB MIR HAŞIMI RÖYADƏ GÖRDÜM, SÖYLƏDIM

 

Dün yatıb Mir Haşımı[iii] röyadə gördüm, söylədim:



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [ 16-9 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info