Qonaq Kitabı
ƏŞHƏDÜ BİLLAHİ ƏLİYYÜL ƏZİM

 

Əşhədü billahi əliyyül əzim,

Sahibi-imanəm, a şirvanlılar!

Yox yeni bir dinə yəqinin mənim,

Köhnə müsəlmanəm, a şirvanlılar!

 

Şiəyəm, əmma nə bu əşkaldən,

Sünniyəm, əmma nə bu əmsaldən.

Sufiyəm, əmma nə bu əbdaldən,

Həq sevən insanəm, a şirvanlılar!

 

Ümməti-Mərhuməvü məğfur ilə,

Əmrdəyəm taəti-məzbur ilə,

Küfrümə hökm eyləməyin zur ilə,

Qaili-qur`anəm, a şirvanlılar!

 

 

Bu əsərin ilk bəndi şairin ölümündən sonra “Məlumat” qəzetində (29 iyul 1911, â„– 25) “Mərhum Ə.Sabirin axırıncı günlərində dediyi kəlamlarından” qeydi ilə çap olunmuşdur. Bütünlükdə isə ilk dəfə “Yeni irşad” qəzetində (6 sentyabr 1911, â„– 7) şairin vəfatı münasibəti ilə A.Səhhətin çap etdirdiyi “Sabir” adlı məqaləsinə daxil edilmişdir.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info