Qonaq Kitabı
ÇOX DA DEMƏ SƏRVƏRÜ SAMANLIYAM, EY FİLAN!

 

Çox da demə sərvərü samanlıyam, ey filan!

Boldu pulum, bir neçə milyanlıyam, - bir utan!

Möhtərəməm, mötəbərəm, şanlıyam, - dur, dayan!

Məşhədiyəm, kablayıyam, hacıyam, nacıyam,

Dinliyəm, imanlıyam, ərkanlıyam,

Həm əli quranlıyam.

 

Səndə deyək din də var, iman da var, - filməsəl,

Ev dolusu neməti-əlvan da var, - bibədəl,

Xəz-küləcə, sərvətü saman da var, - çox gözəl,

Ev-eşik, eyvan, mütəəddid otağ, - təmtəraq,

Yağlı plov, dadlı fisincan da var,

Şərbəti-reyhan da var.

 

Qonşuda lakin neçə üryan da var, - qış, boran...

Giryə də var, naləvü əfğan da var, nimcan...

Sən ki, şəriətçisən, ey binəva, qıl həya!

Şərdə axır nə, bir ehsan da var,

Həqiqi-çüsəlman da var...

 

Indi get insaf elə,

Aç başını, ver yelə,

Məzhəbü iman sözün

Vird eləmə bir belə!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 fevral 1911, â„– 7) “(.......)” imzası ilə çap olunmuşdur.  

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info