Qonaq Kitabı
ƏZRAİLİN İSTEFASI

 

Əzrail ərz edərək söylədi: “Ey rəbbi-ənam...

Bir təbib, iştə, bu il qullarını qırdı təmam.

 

Mən edincə hələ bir ölməli bimarı həlak,

O alır ölməməli min nəfərin canını pak.

 

Verdiyin canları min-min ki, bu zalım alacaq,

De görüm, qul deyə, yahu, sənə bəs kim qalacaq?

 

Qoy alım canını bari, qoparım məhşərini,

Yoxsa, billah, qıracaq qullarının əksərini.

 

Bu təmənnamı qəbul eyləməz olsan hala,

Kərəm et, ta əməlimdən verəyim istefa.

 

Başqa bir xidmətə nəcbən məni qıl minnətdar,

Əzrail olmağı ver işbu təbibə zinhar”.

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 fevral 1911, â„– 6) “(.......)” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info