Qonaq Kitabı
TƏBRİZ MÜXBİRİNƏ

 

Müxbirüssəltənəyə şəkk edəcəksənmi yenə?!

“Diplomatlıqda” bu il çaldığı kusilə belə!

 

Bax necə bir yekə Təbrizi məhərrəmlikdə

Aldı üç min tümənə cümlə nüfusilə belə!

 

Hankı məbləğlə bu sövdayı bitirdi, əcəba?

Füqərayi-vətənin odlu fülusilə belə!

 

Sən hələ əncümən əzasını vəsf eylə, yazıq,

Əncümən çoxdan ayaqlandı rüusilə belə...

 

Görməyirsənmi ki, azad edilir fitnəçilər,

Tutulur əmnü əman əhli xüsusilə belə.

 

Nə ki, İranda törənməkdə idi Məmdəlinin

Səltənət təxtinə öz nəhs cülusilə belə;

 

Indi Təbrizdə də nəşət edən onlardı,

Bu hərifin də o əfkari-nühusilə belə.

 

Məncə, təqdirə səzadır, kişi şeytandan alıb,

Kamil öyrəndiyi elmilə, dürusilə belə.

 

Xainin boynuna həp vizri, vəbalı vətənin –

Müslimi, gəbri, nəsarası, məcusilə belə.

 

 

 

İlk dəfə “Yeni həqiqət” qəzetində (30 noyabr 1911, â„– 8) “Ə.C.” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info