Qonaq Kitabı
AY CAN...

 

Müftinin rəyi ilə kəşfi-vücuhi-nisvan

Şərdə cayiz imiş, hökm ediyormuş Quran;

Müslimə övrətə baxmaqda da yoxmuş hörmət,

Övrətin əl-üzü övrət ki, deyilmiş, ay can!..

 

Pəs yazıq zadeyi-Ne`man[1] nə deyirdi, əcəba?

Ya ona lən edən oğlan nə deyirdi, əcəba?

Həzarətü-üləmadə pəs o cünbüş nə idi?..

O zaman cümlə müsəlman nə deyirdi, əcəba?

 

Nə deyirdi Şəkinin, Gəncənin imanlıları,

Tiflisin bir para məzhəbçi dəliqanlıları,

Culfanın, Naxçıvanın, Ordubadın hampaları,

Bakının zorbaları, Lənkəranın canlıları?

 

Şimdi, yahu, bu tühaf işlərə vicdan nə deyir?

Əql nə hökm ediyor, ya buna irfan nə deyir?

Hərə Qurana verir istədiyi mənanı,

Aç, oxu, bunlara gör həzrəti-Quran nə deyir?

 

Nə deyir? – Bəllidir ərbabına, mən bilməyirəm,

Bir para molla kimi hiyləvü fən bilməyirəm,

Deməz allah iki mənalı sözü qullarına,

Bu qədər anlamışam, başqa süxən bilməyirəm.

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 yanvar 1911, â„– 5) imzasız çap olunmuşdur.

Bu satiranın materialı Ömər Faiq Nemənzadənin “Molla Nəsrəddin” jurnalında (25 yanvar 1911, â„– 4) çap olunmuş “Təşəkkür” adlı məqaləsindən götürülmüşdür.

 



[1] “Molla Nəsrəddin” jurnalının əməkdaşı Ömər Faiq Nemənzadə nəzərdə tutulur.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info