Qonaq Kitabı
ZAHİDLƏRƏ

 

Aç dilini, yum gözünü, zahida,

Vird oxu, heç anlama mənasını!

 

Baxma bir ibrətlə bütün aləmə,

Görmə həqin nuri-təcəllasını!

 

Xüşk ibadətlə, quru zöhdlə

Anlama sən eşq müəmmasını.

 

Zöhdü öyüb, eyləmə inkari-eşq,

Şəxs bulur eşqlə mövlasını.

 

Qeysə əbəs vermə cünun  namını,

Görməyərək surəti-Leylasını.

 

Guşeyi-xəlvətdə oturma, kişi,

Bilmə həqin guşədə məvasını.

 

Qəsdin əgər yar isə, gəl, göstərim,

Varsa gözün, eylə təmaşasını.

 

Sənətə bax, saneinə pey apar,

Dərk elə keyfiyyəti-inşasını.

 

Leyk hanı səndə bəsirət gözü,

Ta görəsən vəcdi-dilarasını?!

 

Hu çəkib axır gəzəsən kubəku,

Tərk edəsən zöhd müsəllasını.

 

Küfrdə təqlid edəsən şairə,

Zikr edəsən şeri-müqəffasını.

 

 

İlk dəfə “Günəş” qəzetində (23 dekabr 1910, â„– 99) “Ə.C.” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info