Qonaq Kitabı
DERLƏR, İRAN GÜNBƏGÜNDƏN XAR OLUR, ƏLBƏTTƏ Kİ!

 

Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!

Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!

 

Bir diyarın ki, olur əyanı yeksər cibdust,

Zilli-Sultan çağrılır, sərdar olur, əlbəttə ki!

 

Kamiran mirzalərin[1] təşviqidir ki, “bəst”də

Əyləşənlər büsbütün biar olur, əlbəttə ki!

 

Söyləyir bunlar ki, şah Qacar ikən naib ona,

Bizcə, həmnəsli olan Qacar olur, əlbəttə ki!

 

Məndən olsa Məmdəli layiqlidir naibliyə,

Onda İran bir gözəl gülzar (?) olur, əlbəttə ki!..

 

 

İlk dəfə “Günəş” qəzetində (10 noyabr 1910, â„– 64) “Ə.C.” imzası ilə çap olunmuşdur.

 

 



[1] Qacar şahzadələrindən idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info