Qonaq Kitabı
ŞURƏ GƏLİB ŞAD OLUN, İRANLILAR!

 

Şurə gəlib şad olun, iranlılar!

Qüssədən azad olun, iranlılar!

 

Aləmə təsir elədi ahınız,

Doğdu yenə behcət ilə mahınız,

Yada salır sizləri öz şahınız,

Günbəgün abad olun, iranlılar!

Qüssədən azad olun, iranlılar!

 

Yar olacaq sayeyi-sultan sizə,

Eyləyəcək lütfi-firavan sizə,

Çün gələcək Məmdəli mehman sizə,

Indidən irşad olun, iranlılar!

Qüssədən azad olun, iranlılar!

 

Dərdü qəmi, qüssəni bir yan atın,

Istəyəcək məqsədə yeksər çatın,

İndi dəxi həşrə qədər bərk yatın,

Xab görüb şad olun, iranlılar!

Qüssədən azad olun, iranlılar!..

 

 

 

İlk dəfə “Günəş” qəzetində (5 noyabr 1910, â„– 60) “Palanduz” səhifəsinin 5-ci nömrəsində “Nizədar” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info