Qonaq Kitabı
AMMA, MILLƏT A!..

 

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

Az zəmanda nə sərəncam etdi?! Amma, millət a!..

Öz gücün hər qövmə ifham etdi! Amma, millət a!..

Varlığın mərdanə elam etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

Basdı, keçdi əhli-İran, qatladı hər milləti,

Bildi qədrin, aldı həqqin, qovzadı milliyyəti,

Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,

Əhsənüllah, hümməti-tam etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

İş başında əyləşən kəslər xəyanətdən səva,

Bay, yanıldım, oy deyim, hə, lap sədaqətdən səva,

Etməz oldu bir nəfər olsun da xidmətdən səva,

Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

Əql heyrandır ki, saysın bir-bir əhrarın işin,

Qanmaq olmur, anlamaq olmuq Sipəhdarın işin,

Yefremin, ya Bağırın[1], yainki Səttarın işin,

Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

Eyləsin Səttarü Bağır başqa bir iyma, neçim?

Ya hökumət eyləsin əhrarlə dəva, neçin?

Qanmıram, əlqissə, sərdari Bəhadir[2] ya neçin

Bağırı təslimi-Səmsam[3] etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!

Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!

Qoy bizi təqdir edib də söyləsin aləm, kişi!

İktisabi-izzəti-nam etdi! Amma, millət a!..

Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 avqust 1910, â„– 30) “(.......)” imzası ilə çap olunmuşdur.

 



[1] Bağırxan – Təbriz inqilabında rəşadət göstərən, “Salari-millət” adlandırılan bir mücahid idi.

 

[2] Bahadır – İrandakı məşrutə hərəkatının iştirakçılarından biri idi.

 

[3] Səmsam haqqında jurnalın belə bir qeydi vardır: “Səmsa-müssəltənə sərdar Bahadırın pədəridir”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info