Qonaq Kitabı
BAKIDA BİR KƏNDDƏ MÜHAVİRƏ

 

Kəndçi

Denilir “elm oxuyun” sözləri hər anda bizə,

Bunu təsdiq ediyor ayeyi-quran da bizə!

 

Axund

Hansı qurandır o ki, onda yazılmış bu xəbər?

Şiə mollası yazan türkicə quransa əgər,

Mən onun yazdığı qurana yavıq durmayıram,

Maşa ilə yapışıb, əl də belə vurmayıram.

 

Kəndçi

Xub, buyur sünni bir neçə təfsiri oxu,

Elmin icabı üçün ondakı təqdiri oxu!

 

Axund

Oh, apar bir yana at sünni yazan təfsiri!

Başına dəysin onun tərcüməsi, təhriri!

Bizlərə molla filankəs yazan asar gərək!

Biz olaq ondakı məzmunə xəbərdar gərək!

 

Kəndçi

O yazıb: yer öküzün buynuzu üstündə durur,

Biz gərəkdir inanaq ki, kişi bopylə buyurur?!

 

Axund

Buna şübhən də var?

 

Kəndçi

Əlbəttə, inanmam bu sözə!

 

Axund

Lənətullah, a gavur, şəkk ediyorsan öküzə?!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 iyul 1910, â„– 27) “Məclisdə olan” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info