Qonaq Kitabı
BİR DƏSTƏ GÜL

 

İranlı deyir ki, ədl ilə dad olsun;

Osmanlı deyir ki, millət azad olsun;

Zahid nə deyir? – Deyir ki, qarnım dolsun,

İranlı da, osmanlı da bərbad olsun!

 

Tacir arayır ki, bir ticarət yapsın,

Amil çalışır bu yolda xidmət yapsın,

Iş mollalarındır ki, çalsın-çapsın,

Yatsın, dursun, qüsli-cənabət yapsın.

 

Jurnal, qəzetə çıxır ki, millət oxusun,

Hər bir əsərindən alsın ibrət oxusun;

Rusca oxumuşlara bu iş ar gəlir,

Derlər, bunu qoy qara cəmaət oxusun.

 

Zənn etmə ki, zikrə, səcdəyə dalmaq üçün,

Zahid yüyürür məscidə əcr almaq üçün,

Dün çaldığı səccadəyi satmış da yemiş,

Indi yüyürür əlavəsin çalmaq üçün.

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 iyul 1910, â„– 26) “(.......)” imzası ilə çap olunmuşdur. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info