Qonaq Kitabı
ƏHLİ-İRANDA, PAH OĞLAN, YENƏ HÜMMƏT GÖRÜNÜR!

 

Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!

Yenə hər güşədə bir tazə cəmaət görünür!

Baxasan hər tərəfə - cünbüşü qeyrət görünür!

Bütün əsbabi-tərəqqidən əlamət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

Oxuduqca qəzetə qəmli ürəklər açılır,

Fərəhəngiz xəbərlər görərək qəm qaçılır,

Qəlbdən, gözdən ona əşki-bəşatət saçılır,

Çünki hər səfhədə bir tazə rəvayət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

İrəcək olsa əgər göz, nəzər İran işinə,

Xassə, İranda olan kişvəri-Tehran işinə,

Üləma fikrinə, bəy xahişinə, xan işinə,

Gündə bir firqəni təşkil edən əyan işinə,

Nə xəyanət, nə ədavət, nə cinayət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

Etidadi[1] deyə bir firqənin ünvanından,

Sevinir şəxs bunun məsləkü vicdanından,

Indi iranlıların qəm ötəməz yanından,

Keçəcəklər kişilər millət üçün canından,

Çünki bunlarda bu gün bir yeni hümət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

Neçə ac bəy, neçə tox molla, neçə kök qazi,

Üzv olub mclisə həll etdilər istiqrazi,

Olsun allah belə kamil kişilərdən razi,

Unuduldu dəxi İranda şüuni-mazi,

Indi İran demə bir güşeyi-cənnət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

Gərçi xud zəlzələ Təbrizə bir az verdi zərər,

Şərqi İranda çoxun həm elədi zirü zəbər,

Etməyir məclis əgərçi bulara ətfi-nəzər,

Çünki işlər hələ bir növ zərafət görünür!

Əhsənüllah ki, dəxi bizdə səadət görünür!

 

 

 

İlk dəfə “Zənbur” jurnalında (18 iyun 1910, â„– 21) “Qoca bəy” imzası ilə çap olunmuşdur.

 



[1] İrandakı siyasi partiyalardan biri idi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info