Qonaq Kitabı
ZAHİD ÖLMƏKDƏN QABAQ MƏQSUDİNƏ ÇATMAQ DİLƏR

 

Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər,

Cənnətə uyğu ipiylə bir kəmənd atmaq dilər.

 

Etiqadınca yatar-yatmaz qucar qılmanları,

Ol səbəbdəndir nəmaz üstündə də yatmaq dilər.

 

Əbləhin fikrincə cənnət bir Buxara şəhridir,

Beççə tək qılmanları bulduqca oynatmaq dilər.

 

Məqsədi sövmü səlatindən bu imişkən, yazıq

Həm xudanı, həm də məxluqatı aldatmaq dilər.

 

Uyquda axtardığın zahirdə, ya rəb, tapmasın!

Yoxsa illik taətin biryolluğa satmaq dilər!

 

Rindü risva gördüyün zahid görərsə, şübhəsiz,

Səbhəsin, səccadəsin zöhdilə fırlatmaq dilər.

 

Küfrün iksir olduğun zahid, amandır, bilməsin,

Yoxsa bir zərrə bulub imanına qatmaq dilər!

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (? yanvar[i] 1910, â„– 1) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.

 

Jurnalın 1911-ci il 29 may tarixli 20-ci nömrəsində rəssam Rotter tərəfindən M.Ə.Sabirin yorğan-döşəkdə yatdığı halda şəkli çəkilmiş, şəklin altında “Zahid ölməkdən qabaq...” satirasından ilk səkkiz misra çap olunmuşdur. Şəklin o biri tərəfindən də dörd ruhani baxıb deyir: “Belə dinsiz sözləri yazdığı üçün allahın qəzəbi tutub ha!..”



[i] Jurnalda tarix göstərilməmişdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info