Qonaq Kitabı
CANIN ÇIXSIN

 

Canın çıxsın gözündən qanmayaydın!

Qanıb da hər işi odlanmayaydın!

 

Cəhalət rismanın qırmayaydın!

Əvamünnasdən ayrılmayaydın!

 

Sənanı, hənzəli baltək yeyəydin!

Hərifin məşrəbincə söz deyəydin!

 

Bütün mövhumunu təsdiq edəydin!

Başında noxta, ardınca gedəydin!

 

Nə tədbir, indi iş işdən keçibdir,

Sözün dildən, ətin dişdən keçibdir!

 

Dəxi etmə şikayət bizdən əsla!

Get öz bəxtindən eylə indi şəkva!

 

Nə üçün hüsnü qübhi anladın da?

Bütün el yatmış ikən banladın da?

 

Öpəydin əl-ayağın cüstü çalak,

Ölaydın sən dəxi bir mömini-pak!

 

Çək indi dutduğun karın cəzasın!

Eşit hər səmtdən lənət sədasın!..

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 dekabr 1909, â„– 49) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info