Qonaq Kitabı
ADƏMİ ADƏM EYLƏYƏN PARADIR

 

Adəmi adəm eyləyən paradır

Parasız adəmin üzü qaradır!

 

Qoy nə əslin nəcabətin olsun,

Nə nəcibanə halətin olsun,

Baş-ayaq eyb içində olsan da –

Tək bu aləmdə dövlətin olsun;

         Adəmi adəm eyləyən paradır

Parasız adəmin üzü qaradır!

 

Olmasın fəhmin, əqlin, idrakın,

Var nə qəm, ta ki, vardır əmlakın;

Atəşi-xanəsuzi-millət ikən –

Hər kəsin səcdəkahidir xakın;

Adəmi adəm eyləyən paradır

Parasız adəmin üzü qaradır!

 

Olmayır, olmasın da insafın,

Dut qanın şişə içrə əsnafın,

Ta ki, var əldə beş buçuq quruşun –

Mötəbərsən gözündə əşrafın;

Adəmi adəm eyləyən paradır

Parasız adəmin üzü qaradır!

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 oktyabr 1909, â„– 43) “Güləyən” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info