Qonaq Kitabı
EY ANNIN AY, ÜZÜN GÜNƏŞ, EY QAŞLARIN KƏMAN!

 

Ey annın ay, üzün günəş, ey qaşların kəman!

Ceyran  gözün, qarşğışqa xətin, kakilin ilan!

 

Alma çənən, çənəndə zənəxdan dərin quyu,

Kipriklərin qamış, dodağın bal, tənin kətan!

 

Boynun sürahi, boy-buxunun bir uca çinar,

Əndamın ağ gümüş, yanağın qırmızı ənar!

 

Xalın üzündə buğda, başında saçın qürab,

Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!..

 

 

 

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 iyul 1909, â„– 30) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info